Ana səhifə / Sosial / Bakıda 156 saylı avtobus qapısı açıq şəkildə sərnişin daşıyır – VİDEO

Bakıda 156 saylı avtobus qapısı açıq şəkildə sərnişin daşıyır – VİDEO

Sərnişinlər avtobusun qapısından bayırda sallanaraq gedirlər.

Bu cür faktlar “Memar Əcəmi” metrosundan Höküməli qəsəbəsinə hərəkət edən 156 saylı marşrut avtobusunda qeydə alınıb. Məlumata görə, marşrut avtobusunun sürücüləri pik saatlarda sıxlığın çox olduğunu, ancaq qapını bağlamadan hərəkət etmədiklərini deyirlər. Bəzi sərnişinlər də pik saatlarda avtobusun dolu olduğunu, ancaq qapıdan sallanma hadisəsi ilə sıx-sıx qarşılaşmadıqlarını söyləyirlər.

Marşrut avtobusunun sahibkarının verdiyi məlumata görə isə pik saatlarda bəzi sərnişinlər qayda-qanunlara tabe olmur və avtobusun qapısından sallanaraq getməkdə israr edirlər. Ancaq marşrut xəttində çalışan sürücülər qayda-qanunla hərəkət etmək üçün əllərindən gələni edirlər.

Ekspertlər isə bildirir ki, qapısı açıq formada hərəkət edən avtobus sürücüləri 3 bal və 60 manat miqdarında cərimə edilə bilərlər.//xezerxeber

Həmçinin oxuyun

Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur – VİDEO

Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasının müdirinin “fond pulu” tələb etdiyi iddia olunur. …