Cümə axşamı , May 9 2024
Ana səhifə / Araşdırma / “Saleh Rüstəmov icra başçısı yox, döyüşçü idi”

“Saleh Rüstəmov icra başçısı yox, döyüşçü idi”

Daxili İşlər Nazirinin sabiq müavini Qabil  Məmmədov bu günlərdə həbs edilən Gədəbəy rayon icra hakimiyyətinin sabiq başçısı Saleh Məmmədovla bağlı danışıb.
Gununsesi.info-ya açıqlama verən Qabil Məmmədov sabiq icra başçısını yaxından tanıdığını, onun cinayət törətməsinə inanmadığını bildirib: “Saleh Rüstəmov Qarabağ müharibəsinin ilk illərində ermənilərə qarşı könüllülərdən ibarət döyüşçü batalyonlarının əsas yaradıcılarından biri olub. Sovet hökuməti dağılandan sonra ölkədə başlamış milli azadlıq hərakatın ən fəal üzvlərindən biri olub. Eləcə də hökumətin, Müdafiə Nazirliyinin formalaşmasında yaxından iştirak edib. O, ermənilərlə sərhəd olan bir rayonun icra hakimi olmağın məsuliyyətini yaxşı bilirdi. Cəsarətli , vətən üçün canından keçməyə hazır döyüşçü idi. Öz qardaşları, yaxın qohumları və dostlarını da könüllülərdən ibarət Gədəbəyin özünü müdafiə batalyonuna cəlb etmişdir. Məhşur Başkənd əməliyyatının müəlliflərindən biri olan Saleh Rustamov həmçinin, Şəmkirin Çənlibel kəndindən ermənilərin çıxarılmasını təşkil etmişdir. Döyüşlər zamanı elə günlər olurdu ki, Saleh bəy səngərdə əsgərlərlə gecələyirdi”.

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …