Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bank 1 milyard 307 milyon manat pulu məhv edib

Mərkəzi Bank 1 milyard 307 milyon manat pulu məhv edib

2017-ci il ərzində Azərbaycan Mərkəzi Bankı çap şirkәtindәn 410 mln. 677 min manat mәblәğindә yeni pul nişanları tәhvil alıb.

“APA-Economics” AMB-nin yaydığı maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ildəkindən 43,54 dəfə çoxdur. Belə ki, 2016-cı ildə AMB 9 mln. 432 min manat məbləğində yeni pul nişanları tәhvil alıb.

Hesabat dövründə AMB 1 mlrd. 307 mln. 505 min manat mәblәğindә pul nişanlarını mәhv edib. Bu, 2016-cı ildəkindən 604,839 mln. manat çoxdur. Belə ki, 2016-cı ildə  AMB  702,666 mln. manat məbləğində pul nişanlarını mәhv edib.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …