Ana səhifə / Cəmiyyət / “Aztelekom” “Azerfon”u məhkəməyə verdi

“Aztelekom” “Azerfon”u məhkəməyə verdi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi (İB) “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

“Report”un məlumatına görə, İB “Arabağlantıdan istifadə üzrə qarşılıqlı hesablaşma haqqında” müqaviləyə dəyişikliklərin təsdiq edilməsi barədə tələb irəli sürüb.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, “Aztelekom” 1992-ci ilin avqust ayında yaradılıb. “Azerfon” isə kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində “Nar Mobile” ticarət nişanı ilə başlayıb.

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …

Bir cavab yazın