Cümə axşamı , May 9 2024
Ana səhifə / Kriminal / Baş leytenant qəzada həlak oldu

Baş leytenant qəzada həlak oldu

Ötən gecə Salyan rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Neftçala rayon sakini 1994-cü il təvəllüdlü Niftəliyev Rza Hirran oğlu “Priora” markalı minik avtomobilini idarə edərkən idarəetməni itirib və avtomobil Kürqaraqaşlı kəndində yol kənarındakı dirəyə çırpılıb.

Neftçala Rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı olan R. Niftəliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq – Günahkarın cəzası niyə azaldıldı?

“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlunun evindən külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Ruzan Cabbarovanın …