Ana səhifə / Kriminal / General Mehmandarovun nəticəsinə qarşı dələduzluq edən azadlığa çıxdı

General Mehmandarovun nəticəsinə qarşı dələduzluq edən azadlığa çıxdı

Azərbaycan Xalq Cümhuriyyəti hərbi naziri, general Səməd bəy Mehmandarovun nəticəsinə qarşı dələduzluqda ittiham edilən şəxsə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xeyli miqdarda dələduzluqda təqsirləndirilən Zaur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasə Zaur Əsgərov 2 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Zərərçəkmiş Aygün Mehmandarlıdır. O, məhkəmədə ifadə verərək, ona dəyən ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

İttihama görə o, Aygün Mehmandarlıya qarşı qızıl ticarəti adı altında 12 min manat məbləğində dələduzluq edib.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …