Çərşənbə , May 8 2024
Ana səhifə / Tibb / Həkim yoluxucu xəstəliklərin yayılmasında pulun rolundan danışır

Həkim yoluxucu xəstəliklərin yayılmasında pulun rolundan danışır

“Pul və ya əşyadan virusa yoluxma halları dünyada belə, ciddiyə alınmayan haldır”.

Bunu yoluxucu xəstəliklərin yayılmasında əsginas və dəmir pulların rolu barədə Sputnik Azərbaycan-a danışarkən həkim Adil Qeybulla deyib.

“Artıq pullardan istifadə get-gedə azalır və kartlar vasitəsi ilə ödəniş edirlər. Ona görə də bu məsələ günü-gündən öz yükünü azaldır. Həm də pullar adi kağızdan deyil, xüsusi materialdan hazırlanır Gigiyenik qaydalara riayət olunarsa, heç bir qorxu olmaz” — deyə o bildirib.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Məmmədov yoluxucu xəstəliklərin yayılmasında əsginas və dəmir pulların rolu olduğunu açıqlamışdı.

Həmçinin oxuyun

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? – VİDEO

Yüksək hərarət, səpki, boğaz ağrısı… Son vaxtlarda uşaqlardakı bu cür simptomlarla bağlı müraciət edənlərin sayında …