Ana səhifə / Kriminal / İranda qəzaya uğrayan Türkiyə təyyarəsi göydə alışıbmış…

İranda qəzaya uğrayan Türkiyə təyyarəsi göydə alışıbmış…

Xilasedicilər Türkiyənin İranda qəzaya uğramış “Bombardier Challenger 600” təyyarəsinin göyərtəsində olan 3 heyət üzvü və 8 sərşinin yanmış meyitini aşkar ediblər.

Virtualaz.org İran KİV-inə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, tapılmış qalıqların tanınması üçün DNK analizinə ehtiyac var.

Axtarış-xilasetmə əməliyyatlarına ümumilikdə bir neçə xüsusi briqada, həmçinin alpinist və yanğınsöndürənlər cəlb olunub. Təyyarənin qalıqları dəniz səviyyəsindən təqribən 400-500 metr yüksəklikdə, uçurumun kənarında aşkar olunub.

“Hadisə yerində yanğın hələ də davam edir və mütəxəssislər qeyd edirlər ki, ərazi şəraitinə görə yanğının yayılması təhlükəsi var”, – deyə məlumatda vurğulanıb.

Bu arada İran FHN-in nümayəndəsi Moctabu Xalidi bildirib ki, Türkiyənin “Başaran Holding”inə məxsus təyyarənin qəzaya uğramasının səbəbi mühərrikin alışması olub: “Yerli sakinlər təyyarənin düşməsinin şahidi olublar. Alovlanan təyyarənin yerə çırpılmasını bir neçə şəxs müşahidə edib. İranın Mülki Aviasiya Təşkilatı insidentlə bağlı araşdırma aparır”.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …