Çərşənbə , May 8 2024
Ana səhifə / Dünya / Berlində məscid yandırıldı

Berlində məscid yandırıldı

Bu gün Berlinin Raynikendorf rayonunda məscid yandırılıb.

APA-nın verdiyi məlumata görə, axşam saatlarında 3 naməlum gənc məscidin pəncərəsinin şüşəsini sındırıb və məsciddə yanğın törədib.

Məscidin yaxınlığından keçənlər bu hadisəni görüb və polis çağırıblar. Ancaq polisin onları saxlaması mümkün olmayıb. Polis məscidə hücumun islamafobiya xarakteri daşıyıb-daşımadığını araşdırır.

Hadisə yerinə gələn yanğınsöndürənlər məsciddə alovu ram ediblər. Lakin məscidin otaqlarından biri tamamilə yanıb.

Həmçinin oxuyun

HƏMAS İsrailin atəşkəs təklifinə razılıq verib

HƏMAS terror təşkilatı İsraillə ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında aparılan müharibədə atəşkəsə razılıq …