Ana səhifə / Kriminal / Sevinc Babayevanın oğlu yenidən hakim qarşısında…

Sevinc Babayevanın oğlu yenidən hakim qarşısında…

Sevinc Babayevanın oğlu Ayxan Məmmədov yenidən hakim qarşısına çıxarılır. O, cəzasının azaldılmasını istəyir.

15 il müddətinə azadlıqdan məhrum edilən A.Məmmədov apellyasiya şikayəti təmin edilmədiyi üçün Ali Məhkəməyə müraciət edib. Məhkəmə iclası martın 6-na təyin edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, A.Məmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub. O, qısqanclıq zəminində arvadına 16 bıçaq zərbəsi vurub.

Xatırladaq ki, A.Məmmədov ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur.

Həmin zaman S.Babayeva “İnterpol” xətti ilə axtarışa verilmişdi. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etmişdi.

Həmçinin oxuyun

MN-dəki 143 milyonluq mənimsəmə işinə görə daha bir vəzifəli saxlanıldı

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərovun həbs edildiyi bildirilir.Bu …