Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Dünya / Gürcüstanda Sovet İşğalı günü rəsmən elan edildi

Gürcüstanda Sovet İşğalı günü rəsmən elan edildi

Gürcüstan Parlamentinin qərarı ilə fevralın 25-i ölkədə Sovet İşğalı günü elan olunub.

Bununla əlaqədar olaraq bu gün dövlət idarə və müəssisələrində dövlət bayraqları endirilib.

Müstəqil Gürcüstan dövlətinin Sovet imperiyası tərəfindən işğalı zamanı həlak olmuş insanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sovet İşğalı günü ilə əlaqədar paytaxtda və bölgələrdə tədbirlər keçirilir, gənclərə sovet işğalı ilə bağlı məlumatlar verilir/Report.

Həmçinin oxuyun

HƏMAS İsrailin atəşkəs təklifinə razılıq verib

HƏMAS terror təşkilatı İsraillə ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında aparılan müharibədə atəşkəsə razılıq …