Ana səhifə / Sosial / Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin qurultayı üçün yer ayırıb

Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin qurultayı üçün yer ayırıb

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sentyabrın 27-nə təyin etdiyi qurultaya yer ayrılması üçün etdiyi müraciətə cavab verib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya bildirib ki, BŞİH müraciətə müsbət cavab verərək, partiyaya qurultayın keçirilməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini ayırıb.

Onun sözlərinə görə, qurultayda 800-ə yaxın qurultay nümayəndəsi iştirak edəcək.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …

Bir cavab yazın