Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Dünya / Türkiyə ordusu 1485 terrorçunu məhv edib

Türkiyə ordusu 1485 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı son hesabat açıqlanıb.

Türkiyənin Baş Qərargahının yaydığı məlumata görə, “Zeytun budağı” əməliyyatında indiyədək 1485 terrorçu məhv edilib.

Bildirilib ki, bu gün keçirilən əməliyyat zamanı terrorçuların gizləndiyi düşərgə və sığınacaqlara, silah anbarlarına aviazərbələr endirilib. Nəticədə 45 terrorçu zərərsizləşdirilib, Kude kəndi PKK, PYD yararlılarından azad edilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir. (AzVision.az)

Həmçinin oxuyun

Meral Akşeneri o əvəz etdi – FOTO

Türkiyədə müxalifətdə olan “İYİ” Partiyanın yeni sədri məlum olub. Belə ki, pariyanın bu gün keçirilən …