Ana səhifə / Kriminal / Azərbaycanlı 200 porsuq kürkü ilə tutuldu – Video

Azərbaycanlı 200 porsuq kürkü ilə tutuldu – Video

Türkiyədə Atatürk hava limanından ölkəyə qanunsuz keçirilən porsuq kürkləri ələ keçirilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, qeyri-qanuni yolla gətirilən xəzlər yoxlama zamanı Ukraynanın Odessa şəhərindən uçuş edən Azərbaycan əsilli Ş.A –nın çantasından çıxıb.

Bildirilir ki, onun yükləri arasından 45 min TL (təxmini 20 min manatq) dəyərində olan 200 porsuq kürkü ələ keçirilib.  Şübhəli Ş.A saxlanılaraq barəsində müvafiq qərar qəbul edilib.

Aysel Kərimova

Həmçinin oxuyun

Son bir ildə Azərbaycanda 9,5 min nəfərə inzibati həbs cəzası verilib

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb və bu 2022-ci …