Ana səhifə / Şou Biznes / Elza Seyidcahan indi də kitab çıxarır – Tam fərqli formada təqdimat olacaq

Elza Seyidcahan indi də kitab çıxarır – Tam fərqli formada təqdimat olacaq

Bəstəkar, əməkdar artist Elza Seyidcahan  öz şeirlərindən ibarət kitab dərc etdirəcək.
Bu barədə müğənni Modern.az saytına məlumat verib. O bildirib ki, kitab oxuculara fərqli formada təqdim ediləcək:
“Bu yaxınlarda gözəl bir tamaşanın premyerası olacaq. Orada mənim də bəstəm səslənəcək. Tezliklə eşidərsiniz.
Həmçinin  mənə məxsus olan şeirlərdən ibarət kitab dərc etdirmək fikrim var. Qulağınız səsdə olsun, Allahın izni ilə bu layihəmi reallaşdırmaq  istəyirəm.  O cümlədən şeirlərimdən ibarət kitabımın fərqli təqdimatına da hazırlaşıram.
Sadəcə bir az səbrli olun. Hər şeyi yaxın aylarda görəcəksiniz”-E.Seyidcahan bildirib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …