Çərşənbə , May 8 2024
Ana səhifə / Sosial / Səhiyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

Səhiyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

Talassemiya Mərkəzi publik hüquqi şəxs statusunda Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”da dəyişiklik edib.

Müvafiq olaraq Talassemiya Mərkəzi Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki tibbi mərkəzlər və birliklər bölməsindən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında” 13 noyabr 2017-ci il tarixli fərmanı ilə Respublika Talassemiya Mərkəzinin adı dəyişdirilərək Talassemiya Mərkəzi adlandırılıb və publik hüquqi şəxsə çevrilib. Nazirlər Kabinetinin qərarı da bu fərmanın müvafiq qaydada icrası ilə bağlıdır.

Həmçinin oxuyun

Bu qərardan sonra qiymətlər kəskin artacaq

Keşlə bazarı söküləcək. Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli …