Ana səhifə / Siyasət / Nazarbayev Trampla görüşmək üçün ABŞ-a gedib

Nazarbayev Trampla görüşmək üçün ABŞ-a gedib

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ABŞ-a rəsmi səfəri başlayıb.

Virtualaz.org-un məlumatına görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti xəbər yayıb.

“Səfər zamanı prezident Nursultan Nazarbayev ABŞ prezidenti Donald Tramp, ABŞ rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə görüşəcək”, – məlumatda deyilir.

D.Tramp ilə N. Nazarbayev Qazaxıstanın BMT TŞ-a sədrliyini, xüsusilə Əfqanıstan kimi beynəlxalq məsələlərin həlli istiqamətində liderliyini müzakirə edəcəklər. Görüşdə həmçinin ikitərəfli münasibətlər, o cümlədən nüvə silahının yayılmaması diqqət mərkəzində olacaq.

Qazaxıstan prezidenti həmçinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.

Qeyd edək ki, Tramp Nazarbayevi ABŞ-a sentyabrın əvvəlində telefonla danışarkən dəvət etmişdi. Danışıq Amerika tərəfinin təşəbbüsü ilə olmuşdu.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …