Ana səhifə / Aktual / Xəyal Rzaya ağır itki

Xəyal Rzaya ağır itki

Şairə Tamaşa Xəyali vəfat edib.

Axşam.az xəbər verir ki, Azərbaycan Yazıçıları Birliyindən APA-ya verilən məlumata görə, o uzun sürən xəstəlikdən sonra yanvarın 11-də vəfat edib. Tamaşa Xəyali bu gün Suraxanı qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılacaq.

T. Xəyali 1954-cü ildə anadan olub. 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, “Bu dünyada nələr gördüm”, “Qara Yanvar şikəstəsi”, Ölməzliyə gedən yol” və s. kitabların müəllifidir.

Qeyd edək ki, T. Xəyali Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rzanın anasıdır.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …