Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2018-ci il münasibətilə Dənizkənarı Milli Parkda bu axşam möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Şəhər icra hakimiyyəti sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Dənizkənarı Milli Parka dəvət edir.