Cümə axşamı , May 9 2024
Ana səhifə / Aktual / Rəhim Qazıyev azadlığa buraxılıb

Rəhim Qazıyev azadlığa buraxılıb

Bakı Apellyasiya Məhkəməsində keçmiş müdafiə naziri Rəhim Qazıyevin barəsində olan məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

APA-nın xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun barəsində inzibati həbs cəzası 100 manat cərimə ilə əvəz olunub. R.Qazıyev azadlığa buraxılıb.

Qeyd edək ki, R.Qazıyev bir neçə gün əvvəl Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutkalıq inzibati cəza verilib.

Həmçinin oxuyun

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” – VİDEO

Zaqatalada dönərdən zəhərlənən şəxslərin yaxınları Baku TV-yə danışıblar. Onlardan birinin babası Bahəddin Əliyev bildirib ki, …