Ana səhifə / Kriminal / Sumqayıtda dəhşətli yol qəzası – 3 ölü, 1 yaralı

Sumqayıtda dəhşətli yol qəzası – 3 ölü, 1 yaralı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub. 

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Qəza yerinə cəlb olunmuş Sumqayıt  Regional  Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Həmçinin oxuyun

Beynəlxalq Bankın keçmiş rəhbərinin həbsdə aclığa başlayıb

15 ilə yaxın Beynəlxalq Banka rəhbərlik etmiş, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin aclıq …