Çərşənbə , May 8 2024
Ana səhifə / Media / Regionlarda pulsuz “Wi-Fi” olacaq – VİDEO

Regionlarda pulsuz “Wi-Fi” olacaq – VİDEO

Bölgələrdə yaşayan və mütəmadi şəkildə internetdən istifadə edən vətəndaşlara şad xəbərimiz var. Artıq regionlardakı parklarda da pulsuz “Wi-Fi” şəbəkəsi olacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, hazırda Bakıdakı bütün böyük parklarda pulsuz “Wi-Fi” xidməti var. Layihə gələcəkdə də davam etdiriləcək və bölgələrdəki parklar da pulsuz “Wi-Fi” ilə təmin olunacaqlar.

Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycanın ikinci peyki yaxın aylarda orbitə göndəriləcək.

Gələn il orbitə buraxılacaq “Azərspace-2” peykinin əhatə dairəsi Avropa, Yaxın Şərq, Afrikada Böyük Səhra, eləcə də Mərkəzi və Cənubi Asiya olacaq.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …