Çərşənbə , May 8 2024
Ana səhifə / Dünya / “Facebook”dan daha bir yenilik

“Facebook”dan daha bir yenilik

“Facebook” şirkəti yeni “Messenger Kids” proqramını istifadəyə verir. Trend-in məlumatına görə, yeni əlavə validenlərə uşaqların kiminlə ünsiyyət qurmasına nəzarət etmək imkanı yaradır. Bu barədə sosial şəbəkənin saytında dərc edilmiş məlumatda deyilir.

“Bu gün təqdim etdiyimiz əlavə vasitəsi ilə uşaqlar təhlükəsiz şəkildə öz ailələri və dostları ilə ünsiyyət qura biləcək”, – şirkətin məlumatında qeyd olunur.

“Messenger Kids” proqramı validenlərin akauntu vasitəsilə nəzarət olunur və beləliklə uşaqlar yalnız validenlər tərəfindən təsdiq edilmiş şəxslərlə əlaqə qura biləcək.

Yeni əlavədə reklam yerləşdirilməyəcək.

Həmçinin oxuyun

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədində atışma hadisəsi meydana gəlib. AzVision.az xəbər verir ki, hadisə ilə bağlı Qırğızıstanın …