Ana səhifə / Kriminal / Mingəçevirdə biznesmeni “lopatka” ilə döydülər

Mingəçevirdə biznesmeni “lopatka” ilə döydülər

Mingəçevir şəhərində sahibkara hücum olub.

“Report” xəbər verir ki, əllərində ağac və bel (“lopatka”) olan bir qrup naməlum şəxs çörək sexinin qarşısında sahibkarlıqla məşğul olan 1965-ci il təvəllüdlü Əliyev Elşən Şirin oğluna hücum edərək onu döyüb.

Hadisə E.Əliyev “Lund Cruiser” markalı avtomobilindən düşərək sahibi olduğu çörək sexinə getmək istəyən zaman baş verib.

İş adamı ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, E.Əliyev Tərtər rayon sakinidir və Mingəçevirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hücumun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

Beynəlxalq Bankın keçmiş rəhbərinin həbsdə aclığa başlayıb

15 ilə yaxın Beynəlxalq Banka rəhbərlik etmiş, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin aclıq …