Ana səhifə / Sosial / İranda yenə zəlzələ oldu

İranda yenə zəlzələ oldu

İranda 6,3 bal gücündə zəlzələ olub.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Avropa Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 06.32-də Kerman şəhərindən 65 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 13 km dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, noyabrın ortalarında İranın İraqla həmsərhəd Kermanşah əyalətində 7,2 bal gücündə zəlzələ olmuşdu. Nəticədə 505 nəfər ölmüş, 12 mindən çox insan xəsarət almışdı.

 

Həmçinin oxuyun

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi …