Prezident İlham Əliyev millət vəkili Aydın Mirzəzadə ilə bağlı sərəncam imzalayıb.
Belə ki, dövlət başçısının sərəncamına əsasən, ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Mirzəzadə Aydın Böyükkişi oğlu 3-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.