Ana səhifə / Şou Biznes / Prodüseri müğənninin evindən oğurluq etdi

Prodüseri müğənninin evindən oğurluq etdi

Bakıda müğənni Mehrim Məmmədovanın evindən oğurluq olub. Azinforum.az xəbər verir ki, bu barədə repost.az saytına müğənni özü məlumat verib. 
O bildirib ki, oğurluq edən şəxs onun prodüseri kimi işləyən Mehtiyeva Tamella Rövşən qızıdır. Müğənninin sözlərinə əsasən, prodüseri onun 3 min AZN pulunu oğurlayaraq 90 LR 250 dövlət nömrə nişanlı ağ rəngli “Volkswagen” markalı avtomobili ilə Qazaxa qaçıb.
Hadisə barədə polisə də məlumat verilib. Polisdə T. Mehtiyevanın bir müddət öncə kirayədə qaldığı İrina adlı qadının evini də oğurluq etdiyi məlum olub.
Hazırda iş Nərimanov rayon məhkəməsində araşdırılır.


 

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …