Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycan Müdafiə Nazirliyi Tovuzun atəşə tutulması barədə

Azərbaycan Müdafiə Nazirliyi Tovuzun atəşə tutulması barədə

Noyabrın 2-si saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

***16:30

Ermənistan ərazisindən bu gün Tovuz rayonunun Qaralar kəndi atəşə tutulub.

Armiya.az saytı xəbər verir ki, bu gün günorta saatlarında Azərbaycanın Tovuz rayonundakı Qaralar kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlardan atəşə tutulub.

Nəticədə yerli sakin Ağabəy Rüstəmovun şəxsi evinə zərər dəyib.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …