Ana səhifə / Cəmiyyət / Mingəçevirdə gərginlik: prosesə polis müdaxilə edir – VİDEO və FOTOLAR YENİLƏNİR

Mingəçevirdə gərginlik: prosesə polis müdaxilə edir – VİDEO və FOTOLAR YENİLƏNİR

Avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində ölüm hadisəsi olub. Hadisədən sonra Bəhruz Hacıyevin qohumları ilə yerli polis arasında qarşıdurma yaranıb.
Bəhruz Hacıyev dəfn ediləndən sonra yaxınları etiraz aksiyası keçirmək istəyiblər.
Mərhumun atası mane olmaq istəsə də, onlar aksiyaya israr ediblər.
***
13:26
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Mingəçevirdə gərginlik getdikcə artır.
İğtişaşların qarşısını almaq üçün şəhərə Daxili Qoşun bölmələri yeridilib.
***
14:00
Son məlumatlara görə, şəhərin bütün mərkəzi küçələri bağlanıb. Şəhər polis idarəsinin və icra hakimiyyətinin binaları polis tərəfindən ciddi qorunur.
Azadlıq Radiosunun verdiyi məlumata görə polis idarəsinin qarşısına yürüş edənlər «Qardaşımızın qanı yerdə qalmayacaq»,  «Qanını yerdə qoymayacağıq» şüarları səsləndiriblər. Aksiyaçılarla qarşıdurmada polis səs bombalarından istifadə edib.

Həmçinin oxuyun

Azərbaycanda “toy bazarı” bağlandı: Artıq cütlüklər belə evlənirlər

“Kim deyirsə “Manaf Ağayev hər gün toyda olur”, inanmayın, yalan deyirlər, indi hər gün toy …

Bir cavab yazın