Ana səhifə / Kriminal / Bakıda kafedə kişi ilə tanış olmaq üstündə qadınlar arasında dava olub, yaralanan var

Bakıda kafedə kişi ilə tanış olmaq üstündə qadınlar arasında dava olub, yaralanan var

Bakının Sabunçu rayonundakı kafelərdən birində qadınlar arasında əlbəyaxa dava olub.

Azinforum.az report.az-a istinadən bildirir ki, hadisə Ramana qəsəbəsinin “Südçülük sovxozu” kimi tanınan ərazisindəki müəssisədə baş verib.

Belə ki, 35 yaşlı Novruzova Gülarə Səfi qızı qeyri-rəsmi nikahda yaşadığı şəxslə kafedə olarkən, digər masada əyləşən qadınlardan biri onun yanındakı şəxslə ünsiyyət qurmaq istəyib. Bundan qəzəblənən G.Novruzova qadına iradını bildirib və bu zaman tərəflər arasında əlbəyaxa dava olub. Nəticədə qarşı tərəf G.Novruzovanın başına qədəhlə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinda araşdırma aparılır.

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …