Ana səhifə / Şou Biznes / “Mənim bacım Ermənistan…” – Nərgizdən qalmaqallı paylaşım

“Mənim bacım Ermənistan…” – Nərgizdən qalmaqallı paylaşım

Rusiyanın məşhur müğənnisi Nərgiz Zakirova Ermənistanda konsert verib. 

“Qafqazinfo” xəbər verir ki, özbək əsilli sənətçi İrəvandakı konsertdən çəkilən fotoları instaqram səhifəsində paylaşıb.

O, erməni xalqına təşəkkürünü bildirib:

“Mənim bacım Ermənistan, əzizim İrəvan. Səni məni özünə heyran qoydun. Bu sehirli gecəni heç vaxt unutmayacam. Konsertə gələrək mənlə sevgisini bölüşənlərin qarşısında baş əyirəm. Artıq neçə saatdır ki, sizinlə görüşümüz bitib, amma gözümə yuxu getmir, sizinlə görüşə dəli kimi can atıram. Sizə sevgim əbədi olacaq, Tanrı sizi qorusun”.

Qeyd edək ki, Zakirova dəfələrlə Bakıda konsert proqramı ilə çıxış edib. Ancaq ifaçı Azərbaycanla bağlı təəssüratlarını sosial şəbəkədə bu tərzdə ifadə etməyib.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …