Ana səhifə / Kriminal / Azərbaycanda kişi keçmiş arvadının başını kəsdi

Azərbaycanda kişi keçmiş arvadının başını kəsdi

Gədəbəydə qətl hadisəsi törədilib.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, rayonun Arıxdam kəndində 1988-ci il təvəllüdlü Fariz Muxtarov boşandığı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib.

Cinayəti törədən F. Muxtarov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

Məlumata görə F. Muxtarovla M. Muxtarova təxminən iki il əvvəl boşanıblar. Onların iki azyaşlı övladı var. Qətl hadisəsi M. Muxtarovanın atasının evində törədilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …