Ana səhifə / Gündəm / “Müəllimlər günü” ilə bağlı endirim fotosu sərt tənqid olundu

“Müəllimlər günü” ilə bağlı endirim fotosu sərt tənqid olundu

Azərbaycanın məşhur kitab mağazaları şəbəkəsi olan “Əli və Nino”  5 oktyabr müəllimlər günü münasibətilə keçirdiyi kampaniya müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, mağaza bununla bağlı hazırladığı posteri öz səhifəsində başlayıb.  Elanla  bağlı seçilən müəllim şəkli isə tənqidlərə səbəb olub.

Belə ki, sosial şəbəkə istifadəçiləri həmin şəklin Azərbaycan müəllimi obrazına tamamilə zidd olduğunu vurğulayıblar.

***

Qeyd edək ki, “Əli və Nino”nun səhifəsinə yazılan sərt şərhlərdən sonra sözügedən foto silinib.

***

Sözegedən qalmaqallı reklamla bağlı  “Əli və Nino” səhifəsi üzr istəyib:

“Əziz dostlar, aksiya haqqında qoyulan poster dizaynerin “zarafatı” idi. Buna görə hamıdan üzr istəyirik!

Aksiyamız davam edir, yolunuzu gözləyirik!”

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …