Ana səhifə / Dünya / “Putinin əlində nüvə bombasından daha güclü silah var”

“Putinin əlində nüvə bombasından daha güclü silah var”

Qərb ölkələri ilə münasibətləri gərginləşən Rusiya hərbi xərclərini ikiqat artırıb. Britaniya mətbuatının xəbərinə görə, Rusiya dünyada misli görülməyən yeni növ silah istehsal edib. Radio-elektron adlanan bu silah nüvə bombasından daha güclüdür.

“British Daily Star” qəzeti yazır ki, sözügedən silah istənilən ordunu neytrallaşdırmağa qadirdir. Üstəlik 7 kilometrlik məsafədə düşmən qüvvələrinin elektron qurğularını təsirsiz hala sala bilir.

Radio-elektronun ən güclü xüsusiyyətlərindən biri də odur ki, tankların nəzarət sistemlərini sıradan çıxarma gücünə malikdir.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …