Ana səhifə / Kriminal / Qadın sürücü dəhşətli qəza törətdi

Qadın sürücü dəhşətli qəza törətdi

Daxili İşlər Nazirliyi dünən Şamaxıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

Bildirilir ki, oktyabrın 2-də saat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri “Mercedes” markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri – əri Elman, qızı Nigar, habelə İ.İbrahimovun sərnişini – Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.

Virtualaz.org bildirir ki, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Son bir ildə Azərbaycanda 9,5 min nəfərə inzibati həbs cəzası verilib

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb və bu 2022-ci …