Çərşənbə , May 15 2024
Ana səhifə / Araşdırma / Payızda bunları mütləq yeyin–İmmunitetinizi artıracaq qidalar

Payızda bunları mütləq yeyin–İmmunitetinizi artıracaq qidalar

Havaların soyuması ilə əlaqədar qrip və soyuqdəymə kimi xəstəliklər özünü göstərməyə başlayıb. Ancaq gündəlik qəbul etdiyimiz qidalarda bir sıra dəyişikliklər edərək, xəstəliklərin qarşısını ala bilərik. Ailem.az viruslara qarşı orqanizmin müdafiəsini artıran qidaları təqdim edir.

Təzə qoz

Təzə qoz yeməyin ən məqsədəuyğun fəsli payızdır. Bu aylarda yeyilməsi lazım olan təzə qoz həm Omega-3, həm də E vitamini ilə zəngin olduğundan immunitet sistemini gücləndirir. Balıq yeməyi sevməyən şəxslər və vegeterianlar üçün mükəmməl Omega-3 və protein qaynağıdır. 100 qramında 654 kalori olduğu üçün arıqlamaq istəyənlər gündə 3-4 ədəddən artıq qoz yeməməlidirlər.

İspanaq

C və E vitaminilə zəngin olan ispanaq lutein, zeaksantin, betakaroten və glutatyon kimi birləşmələrlə zəngin olan bir antioksidantdır. Ürək və damar xəstəliklərindən qəbizliyə, xərçəngdən diabetə qədər bir çox xəstəliyə faydalı olan, həm su səviyyəsi yüksək, həm də aşağı kalorili bir tərəvəzdir.

Balqabaq

C vitamini baxımından da zəngin olan balqabaq antioksidant xüsusiyyətləri ilə immunitet sistemini gücləndirir, göz sağlamlığını və xərçəngə qarşı orqanizmi qoruyur.

Soğan-kəvər

A və C vitamini ilə zəngin olan soğan-kəvər immunitet sistemini qüvvətləndir bir çox birləşməyə sahibdir. Dietoloqlar bu göyərtini mövsümündə mütləq istifadə etmək lazım olduğunu deyirlər. Aşağı kalorili olduğundan pəhriz saxlayanlar üçün də faydalı bir alternativdir.

Xurma

Şirni istəyini yatırmaqda olduqca müvəffəqiyyətli olan 1 orta boy xurma 2 pors meyvəyə bərabərdir. Pəhrizdə xurmanın üzərinə 2-3 ədəd qoz ləpəsi əlavə edib, darçın səpərək, möhtəşəm bir şirniyyat əldə etmək olar. Ya da səhər naharı üçün qatıq və yulafla bərabər yeyə bilərsiniz.

Həmçinin oxuyun

Naxçıvanın mer əvəzinin atası kim idi və Heydər Əliyev niyə onun komitəsini ləğv etdirdi  – Tarix təkrar olunur?

İnsan oğlu yerli hakimiyyət orqanlarına rəhbər şəxslərin seçilməsinin iki yolunu kəşf edib. Bunlardan biri xalqın …