Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Elmar Vəliyevin geyiminin qiyməti məlum oldu

Elmar Vəliyevin geyiminin qiyməti məlum oldu

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin bahalı geyim kolleksiyasını haradan alması məlum olub.

Azinforum.az unikal.org-a istinadən xəbər verir ki, icra başçısı Bakının ən bahalı kişi geyimləri mağazası sayılan “Stefano Ricci” markasından istifadə edir.

İcra başçısının geyindiyi ən “ucuz” geyimlərin qiymətini oxuculara təqdim edirik.

“Stefano Ricci” brendində satılan kostyumun qiyməti -13500 manat, ayaqqabının qiyməti 8600 manat, vitrovka kurtka – 11000 min manat, qalstuk – 720 manat, köynək – 2050 manat təşkil edir.

Belə ki, icra başçısı hər dəfə üst geyimini təzələmək üçün ən azı 36 min manat pulundan keçməli olur.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …