Ana səhifə / Siyasət / Səfir: “Qarabağa səfər etmiş Türkiyə vətəndaşları Azərbaycana təhvil verilə bilər”

Səfir: “Qarabağa səfər etmiş Türkiyə vətəndaşları Azərbaycana təhvil verilə bilər”

Türkiyənin Bakıdakı səfiri Erkan Özoral işğal altında olan Dağlıq Qarabağ bölgəsinsə qanunsuz səfər edən bir qrup Türkiyə vətəndaşının Azərbaycana təhvil verilib-verilməyəcəyi barədə məsələyə aydınlıq gətirib.

Səfir Qarabağa edilən səfərlə bağlı Türkiyə XİN və Ədliyyə Nazirliyinin müvafiq bəyənatla çıxış etdiyni bildirib.

“Bu səfəri bir qrup Türkiyə vətəndaşı rəsmi qurumları xəbərdar etmədən şəxsi təşəbbüsləri ilə həyata keçiriblər. Dövlətimiz bunu qətiyyətlə pisləyir və qınayır. Səfərin Türkiyənin dövlət siyasəti və rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur”.

Diplomat barələrində cinayət işi açılan şəxslərin Azərbaycana təhvil verilməsi haqda suala cavabında bildirib ki, bu, hüquqi prosesdir: “Öncə Azərbaycan tərəfinin tələbinin Türkiyənin müvafiq orqanlarına çatdırılması lazımdır. Bundan sonra məsələ dəyərləndiriləcək. Hüquqi müstəvisində lazım olan addımlar atılacaq”. (azvision.az)

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …