Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Deputat-müğənni davası yenidən qızışır: “Rüşvət verib məhkəmə qərarını dəyişdirtdirəcəm”

Deputat-müğənni davası yenidən qızışır: “Rüşvət verib məhkəmə qərarını dəyişdirtdirəcəm”

Oktyabrın 9-da əməkdar artist, müğənni Firuzə İbadovanın Milli Məclisin deputatı Astan Şahverdiyevə qarşı növbəti məhkəmə prosesi keçiriləcək.

Bu barədə AzNews.az-a sənətçinin özü məlumat verib. O, iddia edib ki, zəbt olunan torpaq sahəsi və satılan ərazinin pulu verilməyənə kimi deputatla olan mübarizəsi davam edəcək:

“Astan Şahverdiyev yaxşı olar ki, mənə müraciət eləsin, halallıq alıb pulumu qaytarsın. Əgər o, mənim pulumu verməsə min bəla gələr başlarına. Məsələnin mətbuatda böyüməsinə baxmayaraq, Astan Şahverdiyev bu günə kimi hər hansı addım atmayıb. Mən Allahdan ümidimi kəsməmişəm. Əgər mənim pulumu verməsə, onlara halallıq verməyəcəm. Mənə onun hərəkəti təsir edir. Qadınam, anayam, incəsənətdə nümunəvi bir sənətkar olmuşam. Ona 5 sota yaxın torpaq satmışam. Buna görə onlar mənə 15 min dollar pul verməlidir. Bundan əlavə isə Astan Şahverdiyev mənim 7 sot torpağımı mənimsəyib. Hansı ki, mən onu bələdiyyədən pul verib almışam. Hələ utanmadan Şahverdiyev onu hasara salıb. Bu məsələ bir ildən yuxarıdır Xəzər Rayon Məhkəməsindədir. Heç kəs baxmaq istəmir, məsələni yenidən qaldırmışam. Məhkəmə olacaq. Yıxılan nazirlərdən biri məhkəməyə təzyiq edirdi. Allah onu cəzalandırdı. Mənim Allahım var, kimsəsiz yetiməm. Mən Astan adında deputat tanımıram. Cünki Astan hər an Azərbaycana xələl gətirir”.

Müğənni bu məsələdə Astan Şahverdiyevə dəstək verən nazirlərin də olduğunu iddia edib:

“Astanın hər şeyi var, qaçqınların pullarını yeyiblər. Deyib ki, “sona kimi gedəcək”. Gedib neyniyəcəksən? Allah səni bəlaya saldı, özün-özünü biabır elədin. İnan mənim bu əmlakıma görə sizin hər şeyiniz gedə bilər, hətta canınız da. Deputatın qardaşı deyib ki, “Firuzənin pulunu “yetimlər evi”nə bağışlayacam. Elə mən də yetiməm də. Sən yetimin malını yetimə bağışlayırsan? Halallıq almısan? Onunla oturub yeyib-icməmişəm ki, mənim pulumu urəyi istəyəndə kiməsə bağışlasın. Qeyrətli bir qadınam. Hansı vəkili tuturuq onu ələ alırlar. Məhkəmə bağa həbs qoyub, onu sata bilməzlər. Deyiblər ki, “əlimizdə deyil, 300 manat rüşvət verib, o qərarı götüzdürəcəm. Mən deputatam, arxamda Əli Həsənov kimi nazir dayanıb”. Xəbardarlıq edirəm, mənim pulumu qaytarmasalar, böyük faciələr törədəcəyəm”.

Milli Məclisin deputatı Astan Şahverdiyevlə Əməkdar artist Firuzə İbadova arasında torpaq qalmaqalı böyüyüb. Sənətçinin iddiasına görə, deputat ona məxsus bağ torpağını mənimsəyib. Firuzə İbadova qonşuluqda yaşayan polis əməkdaşına inanaraq, ona məxsus 15-16 sotluq torpaq sahəsinin 4,8 sotunu nisyə satıb. Bir müddət sonra həmin adam yol qəzasında dünyasını dəyişib. Bu vaxt əməkdar artist öyrənib ki, o, millət vəkili Astan Şahverdiyevin kürəkəni imiş. Onun ölümündən sonra qohumları, ailə üzvləri nəinki borclarını qaytarıb, hətta əməkdar artistin əlavə qalan 10 sotdan artıq torpağını da zəbt ediblər.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …