Çərşənbə , May 8 2024
Ana səhifə / Göygöldə 400 cücə yanaraq tələf olub

Göygöldə 400 cücə yanaraq tələf olub

Göygöldə yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göygöl rayonu, Xaqani kəndində vətəndaşa məxsus ümumi sahəsi 128 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb.
Yanğın zamanı tövlənin içərisində olan 400 ədəd cücə tüstüdən boğularaq tələf olub. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Həmçinin oxuyun

Eldar Mahmudova yaxın şirkət dərslik istehsal edəcək – 826 minlik iş

Elm və Təhisl Nazirliyi 5-7-ci siniflər üçün kiçik ölçülü dərsliklərin istehsalı ilə bağlı elan etdiyi …

Bir cavab yazın