Bazar ertəsi , May 6 2024
Ana səhifə / Türkiyə bayrağını endirən şəxsə ağır cəza…

Türkiyə bayrağını endirən şəxsə ağır cəza…

Türkiyə bayrağını hərbi hissənin qabağından endirən şəxsə hökm oxunub.
ANS PRESS-in məlumatına görə, Diyarbəkirdə Hava Hücumundan Müdafiə Qüvvələrinin hərbi hissəsinin qabağında Türkiyə bayrağını endirən şəxsə 13 il 9 ay həbs cəzası verilib.
Bayraq endirməkdə günahlandırılan Ömər adlı şəxsə məhkəmə bu gün hökm oxuyub.
Qeyd edək ki, Diyarbəkirdə Türkiyə bayrağının endirilməsi olayı ilə bağlı 3 polis əməkdaşı cəzalandırılmışdı.
Bu hadisə Türkiyədə böyük səs-küyə səbəb olmuşdu.

 

Həmçinin oxuyun

” “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür” – GİLEY

“2014-cü ildən “Luxe Home” tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. …

Bir cavab yazın