Ana səhifə / Yanukoviçin Baykalda batması ilə bağlı – Rəsmi məlumat

Yanukoviçin Baykalda batması ilə bağlı – Rəsmi məlumat

15:30

 

Viktor Yanukoviçin kiçik oğlu Viktor Baykal gölündə boğulub. 

 

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.

 

Mətbuatın iddiasına görə hadisə martın 20-də baş verib. O, Baykal gölündəki buzların altında qalıb. Hələlik onun kiminlə Baykal gölünə balıq ovlamaq üçün getdiyi deyilmir.

 

 

16:19

 

Rusiya Fövqəladə Hallar Nazirliyi Baykal gölündə Yanukoviçin oğlunun həlak olması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.

 

FHN-in yaydığı məlumatda qeyd edilir ki, Baykal gölündə ölənlər arasında Yanukoviçin oğlu olmayıb:

 

“Baykal gölündə həlak olanlar və ya zərər çəkənlər arasında Yanukoviç soyadında biri yoxdur”.

Həmçinin oxuyun

Azərbaycanla bağlı sanksiya siyahısında 44 məmurun adı var

Hələlik yeni 3 nəfərin kimliyi məlum deyil Azərbaycanın dövlət məmurlarına qarşı sanksiyalar haqqında qanun layihəsi …

Bir cavab yazın