Ana səhifə / Siyasət / Deputat Qalib Salahzadə: “Allahşükür Paşazadə, inşallah, 20-30 il də Qafqazın şeyxi olacaq”

Deputat Qalib Salahzadə: “Allahşükür Paşazadə, inşallah, 20-30 il də Qafqazın şeyxi olacaq”

“Şeyxülislam Hacı Allahşükür Paşazadənin bir varisini tanıyıram. O da oğlu Məhəmməd Paşazadədir. Ümumiyyətlə, varis bir nəfər olur. O da atanın övladları. Həm də bu cür məsələlər Allahın qisməti ilə bağlıdır. Gərək Allah qismət etsin ki, övlad gəlib ölkənin Şeyxüilislamı olsun”.

Azinforum.az  modern.az-a istinadən xəbər verir ki, bu sözləri Allahşükür Paşazadənin qudası, Milli Məclisin deputatı Qalib Salahzadə deyib.

Allahşükür Paşazadədən sonra Qafqaz Müsəlmanları İdarəsinə kimin rəhbərlik edəcəyi ilə bağlı suala cavabında o bildirib: “…Hacı Allahşükür Paşazadə cavandır. Belə baxıram, inşallah, 20-30 il də Qafqazın şeyxi olacaq. Siz şeyxi artıq qocaltmısız. Şeyx qoca deyil. Həmçinin, Şeyxin övladları, nəvələri bir yolla gedir. Onlar da dindar insanlardır”.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın