Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Siyasət / Taksi sürücüləri bunu etməsələr CƏZALANACAQLAR! – VİDEO

Taksi sürücüləri bunu etməsələr CƏZALANACAQLAR! – VİDEO

Taksi sürücüləri buna əməl etməsələr cəzalanacaqlar.

ARB TV xəbər verir ki, taksi sürücüləri avtomobili dayanacaqdan kənarda saxlasa cərimələnəcəklər.

Vaqif Əsədov (BŞYPDİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri) : “Taksi fəaliyyətilə məşğul olan sürücülərin istədikləri ərazidə park edib müştərilərə xidmət göstərməsi yol hərəkəti qanununun pozulması kimi qiymətləndirilir. Eyni zamanda dayanma, durma, parklanma tələblərinin pozulmasıdır ki, bu da süni sıxlığın, tıxacların, yol qəzalarının yaranmasına səbəb olur”.

Qəbul edilən qərarın qüvvəyə minməsi yollarda tıxacın yaranmasını azaldacaq.

Ərşad Hüseynov (ekspert) : “Əgər taksi sürücüsü sifariş qəbul etmək üçün 5-14 nişanı ilə işarələnmiş taksi dayanacağından kənarda dayanarsa, onlara 50 manatadək cərimə tətbiq oluna bilər. Bunun təcrübədən keçirilməsi o qədər də asan olmayacaq”.

Qanun bütün ölkəyə şamil olunsa da təəssüf ki, bütün şəhər və rayonlarda taksi dayanacaqları yoxdur.

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …

Bir cavab yazın