Ana səhifə / Şou Biznes / Bayraq Meydanında dirəyin götürülməsi barədə…

Bayraq Meydanında dirəyin götürülməsi barədə…

Bakıdakı Dövlət Bayraq Meydanında bayraq dirəyinin götürülməsi ilə bağlı məlumatlara rəsmi münasibət bildirilib.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov “Report”a açıqlamasında deyib ki, dirəyin götürülməsi barədə məlumatlar həqiqəti əks etdirmir.

O qeyd edib ki, artıq Dövlət Bayrağı Meydanının yaradılmasından 7 il keçir: “Meydanda quraşdırılan dirək texniki göstəricilərinə görə texnoloji cəhətdən mürəkkəb qurğudur. Təlimata uyğun olaraq, həmin dirəyə mütəmadi şəkildə ümumi texniki baxış və qiymətləndirilmə işləri keçirilir. Bu dəfə əsaslı texniki baxış olacaq”.

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …

Bir cavab yazın