Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Araşdırma / Şəmkirdə ağır yol qəzası – Azyaşlı da daxil olmaqla 4 yaralı var – VİDEO

Şəmkirdə ağır yol qəzası – Azyaşlı da daxil olmaqla 4 yaralı var – VİDEO

Bakı-Qazax-Gürcüstan magistralının Şəmkirdən keçən hissəsində ağır yol qəzası baş verib.

ARB 24 xəbər verir ki, Bakıdan Qazax istiqamətinə hərəkətdə olan “OKA” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin postunun yaxınlığında idarəetməni itrib və yol ayrıcındakı dəmir maneəyə çırpılıb.

Avtomobildə olan 5 nəfərdən 4-ü müxtəlif bədən xəsarətləri xəstəxanalara aparılıb. Zərəçəkmişlərdən 5 yaşlı Nəzrin və 7 yaşlı Nihad Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına, İlhamə Nuriyeva və Təhminə Abdullayeva isə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Azyaşlıların vəziyyəti normal olsa da, hər iki qadının müalicəsi şöbədə davam etdirilir. Sürücü qəzadan xəsarətsiz ötüşüb.

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …

Bir cavab yazın