Cümə axşamı , May 9 2024
Ana səhifə / Siyasət / 5 yaşlı oğlanın 26 barmağı var – Lənkəranda + Foto

5 yaşlı oğlanın 26 barmağı var – Lənkəranda + Foto

Lənkəranın Aşağı Nüvədi kənd sakini, 2012-ci il təvəllüdlü Yüsif Elnur oğlu Abbasovun 26 barmağı var.

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, yaxınları onun 20 deyil, 26 barmağının olmasının azyaşlı üçün çətinlik yaratmadığını deyirlər. Bildirilir ki, uşaq həmyaşıdlarından daha aktivdir, dəfələrlə həkim müayinəsinə aparılıb, səhhətində heç bir problem olmayıb.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasının həkimi Rasif Axundov deyib ki, bu, irsidir: “Belə uşaqların həyatı üçün heç bir təhlükə yoxdur. Cərrahiyyə yolu ilə artıq barmaqları kəsmək mümkündür”.

Qeyd edək ki, Y. Abbasov ailənin tək övladıdır.





Həmçinin oxuyun

Anar Məmmədli ilə bağlı hakimiyyətə çağırış edildi

Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Beynəlxalq Observatoriya Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbər …

Bir cavab yazın