Ana səhifə / Kriminal / Azərbaycan reklamdan 1 milyard manat gəlir əldə edə bilər

Azərbaycan reklamdan 1 milyard manat gəlir əldə edə bilər

Azərbaycanda reklam sahəsində işlər düzgün qurularsa, 2-3 ildən sonra bu sahədən il ərzində 1 milyard manat gəlir əldə etmək olar.

Azinforum.az Trend-ə istinadən xəbər verir ki, bunu ictimai təşkilatların hesablamaları əsasında müəyyənləşdirdiklərini deyən Azərbaycan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev hesab edir ki, bunun üçün reklam bazarını genişləndirmək, reklamların sayını artırmaq lazımdır.

H.Atakişiyev bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla yeni yaradılan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi bütün respublikada reklam bazarına nəzarət etməklə reklam bazarını genişləndirə bilər.

Bu günə qədər Azərbaycanda reklam sahəsinə nəzarət edən belə bir qurumun olmadığını deyən H.Atakişiyev qeyd edib ki, yeni agentlik ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması ilə məşğul olacaq: “Agentlik televiziyada, mətbuatda reklamların yerləşdirilməsi məsələləri ilə məşğul olmayacaq. Əgər televiziya reklamı açıq məkana çıxarsa, o zaman Dövlət Reklam Agentliyi onlarla işbirliyi quracaq”.

H.Atakişiyev qeyd edib ki, bu gün reklam sahəsində əsas problemlərdən biri reklamların standartları, qiymətləri ilə bağlıdır: “Bu problem hələ həll olunmayıb. Yəqin ki, bu məsələyə də dövlət orqanı tərəfindən baxılacaq və bununla bağlı qərar qəbul olunacaq. Bundan başqa, reklamların dili ilə bağlı da ciddi problemlər var. Bakıda reklamların dili çox bərbad vəziyyətdədir. Hesab edirəm ki, Dövlət Reklam Agentliyi tərəfindən aktual olan bu məsələyə də baxılmalıdır. Agentliyin regionlarda da bölmələri açılmalı və reklam sahəsi tənzimlənməlidir. Bununla da reklamın dəyəri qaldırılmalıdır”.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …

Bir cavab yazın