Ana səhifə / Siyasət / Bakı-Banqkok reysi açılır – Azərbaycana nələr verəcək?

Bakı-Banqkok reysi açılır – Azərbaycana nələr verəcək?

Bakı və Banqkok arasında birbaşa aviareyslərin açılması Cənubi Şərqi Asiyadan Azərbaycana turist axınına səbəb ola bilər.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov deyib.

Assosiasiya rəhbəri bildirib: “Son vaxtlar Asiya ölklərində turistlərin Bakıya marağı artmağa başlayıb. Birbaşa reyslərin açılması da Tayland, Malayziya, Sinqapur və İndoneziyadan turist axınına səbəb ola bilər”.

Onun sözlərinə görə, hazırda bu ölkələr arasında daha çox indineziyalı turistlər Azərbaycana maraq göstəririlər.

N.Bağırovun sözlərinə görə, artıq bu ölkələrlə əlaqədar bir sıra proqram və təkliflər də hazırlanıb.

Qeyd edək ki, oktyabrın 29-dan Bakı-Banqkok arasında birbaşa aviareyslər fəaliyyətə başlayacaq.

 

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın