Ana səhifə / Aktual / 11 nəfərin olduğu maşın körpüdən aşdı – 5 ölü+dəhşətli fotolar

11 nəfərin olduğu maşın körpüdən aşdı – 5 ölü+dəhşətli fotolar

Gəncədən İmamzadə dini kompleksinə gedən yolda, Samux rayonu ərazisində dəhşətli qəza baş verib.

Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, VAZ 21 06  markalı avtomobilin sürücüsü yol ötürücüsünün üzərində olarkən  idarəetməni  itirib. Maşın əvvəlcə körpünün məhəccərlərinə, daha sonra isə 15 metr hündürlükdən yerə çırpılıb.

Şahidlərin bildirdiyinə görə, avtomobildə bir-neçə uşaqla birlikdə ümumilikdə 11 nəfər olub. Onların əksəriyyəti həyatlarını itiriblər. Samux rayonu  Dövlət Yol Polisi əməkdaşları sürücünün və həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində iş aparır.

***

APA-nın məlumatına görə, avtomobildə olan 11 nəfərdən 3-ü hadisə yerində ölüb, digərləri xəsarət alıb. Onlardan 1 azyaşlı Gəncə şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. 7 nəfər isə Gəncə Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.

***

Xəstəxanadan Kəpəz TV-yə verilən məlumata görə, avtomobildə olan şəxslərdən beşi dünyasını dəyişib.

Onlar sürücü Məmmədov Zöhrab Faiq oğlu, azyaşlı Həsənova Məleykə Rövşən qızı, İsmayılova Hicran Səməndər qızı, İsmayılova Maral Mosu qızı və İsmayılova Kafya adlı yaşlı qadındır.

 

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …

Bir cavab yazın